Ukraynanın ən bahalı oyunçularından biri Azərbaycanda oynayıb

Ukraynanın sport.ua saytı ölkə futbolçunun ən bahalı 10 transferinin siyahısını dərc edib.Newsport.az xəbər verir ki, "Transfermarkt" portalında oyunçuların bütün transferinin ümumi qiyməti qeyd edilib.

Siyahıda ötən ay "Sabah"dan ayrılan Marko Deviç də var. Ona 5 transferə görə ("Volın" - 150 min avro, "Metallist- 175 min avro , "Şaxtyor" Donetsk - 5 milyon avro, "Rubin" - 5 milyon avro, "Əl-Rayyan - 1 milyon avro) 11.33 milyon avro ödənilib.

2018/2019 və 2019/2020 mövsümündə "Sabah"a azad agent kimi keçən Deviç ümumi qiyməti ilə 10-ci pillədə qərarlaşıb.

Ukrayna futbolunun  ən bahalı 10 transferi:

1. Andrey Şevçenko - 2 transfer üçün 67.78 milyon avro

2. Andrey Yarmolenko - 3 transfer üçün 45.25 milyon avro

3. Dmitri Çiqrinski - 2 transfer üçün 40 milyon avro

4. Anatoli Timoşuk - 3 transfer üçün 25.63 milyon avro

5. Sergey Rebrov - 2 transfer üçün 18.7 milyon avro

6. Aleksandr Əliyev - 3 transfer üçün 16.3 milyon avro

7. Ruslan Malinovski - 2 transfer üçün 15.7 milyon avro

8. Yevgeni Konoplyanka - 2 transfer üçün 14 milyon avro

9. Marlos - 2 transfer üçün 12 milyon avro

10. Marko Deviç - 5 transfer üçün 11.33 milyon avro





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah