"İdman fəaliyyətini kafe və restoranlarla müqayisə etmək düzgün deyil"

Bu gün Nazirlər Kabineti yanında Operativ qərargahının mətbuat konfransı keçirilib.

 

Newsport.az xəbər verir ki, toplantıda idman fəaliyyətinin bərpası yenə əsas müzakirə mövzusu olub. TƏBİB-də xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bununla bağlı açıqlama verib:  

 

“İdman tədbirlərinin keçirilməsi kütləvi haldır. İdman zallarının da açılmasına tələsməməliyik. Məşqlər qapalı yerlərdə keçirilir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğuliyyət zamanı insanlar tərləyir. Tənəffüs çox aktiv olur. Bu isə yoluxma riskini artırır.

 

Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər. Qaydalar tam hazırlanandan sonra düşünmək olar”. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right