Avropanın daha bir ölkəsində mövsüm ləğv olundu

Koronavirus pandemiyası üzündən təxirə salınan Şotlandiya liqasında mövsüm ləğv edilib. Newsport.az xəbər verir ki, federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib.

Bir oyunu əskik ən yaxın izləyicisi “Reyncers”dən 13 xal irəlidə olan  “ağ-yaşıllar” ardıcıl 9-cu çempionluğu bayram ediblər. Komanda geridə qalan 30 görüşdə 26 qələbə qazanıb. Turnir cədvəlində sonuncu sırada qərarlaşan “Hart” komandası isə çempionatı tərk edib.

Qeyd edək ki, daha öncə Hollandiya, Belçika və Fransa liqalarından da mövsüm ləğv edilmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right