"Penalti vurmaq velosiped sürmək kimidir" Nazarov

“Penaltini yerinə yetirmək velosiped sürmək kimidir. Sürməyi heç vaxt unutmursunuz”.

Newsport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Erzgebirge”nin üzvü Dmitri Nazarov Almaniya 2-ci Bundesliqasının 26-cı turunda “Sandhauzen”ə qalib gəldikləri (3:1) oyunla bağlı danışarkən deyib.

Klubun televiziyasına açıqlama verən 30 yaşlı yarımmüdafiəçi penaltidən qol vurduğu epizodu  dəyərləndirib: “Zərbəni yerinə yetirərkən özümdən əmin idim. Qayda pozuntusuna görə rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi, amma oyuna köklənə bildik və düşünürəm ki, qələbəyə layiq idik".

Nazarov azarkeşlər üçün darıxdığını da bildirib: “Oyun ərzində bir neçə dəfə maskadan istifadə etdim. Qaydalara əməl etməyə və özünü qorumağa çalışırsan. Qol sevincini qeyd edərkən də, qaydalara əməl etmək asan deyildi. Ümid edirəm ki, gələcəkdə qələbə sevincini azarkeşlərlə qeyd edəcəyik, onlara ehtiyacımız var".

Təcrübəli futbolçu maraqlı qol sevinci ilə bağlı isə bunları deyib: “Qol sevincindən sonra xoş mesajlar aldım, insanların üzlərində təbəssüm yaratdığıma görə sevindim. Hər kəs qol vurduqdan sonra özünəməxsus nə isə edə bilər. Bu hərəkət isə ağlıma anidən gəldi. Hamı mənə sms göndərərək, "gülümsə" dedi və təşəkkürlərini bildirdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right