Renatın komanda yoldaşı "Yuventus"a keçə bilər

“Vulverhempton”un hücumçusu Raul Ximenes daha bir komandanın hədəfindədir. Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Yuventus” yaxından maraqlanır.

Rəhbərlik meksikalı futbolçunu 38 milyon avro qarşılığında satmağa hazırdır. Daha öncə oyunçu ilə “Mançester Yunayted”in də maraqlandığı deyilirdi. Turin klubunun yaxın günlərdə Ximenes üçün rəsmi təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan millisinin forvardı Renat Dadaşov da “Vulverhempton”da çıxış edir. O, hələki əsas komandanın heyətində debüt etməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right