İngiltərəli mütəxəssis Azərbaycanı tərk edir

Azərbaycanda stadionların ot örtüyünə qulluq edən Fil Şarples ölkəmizi tərk etməyi qərara alıb.

Newsport.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib.

O, artıq Azərbaycandan ayrılmağın vaxtının gəldiyini bildirib. Şarples gələcək üçün mənalı iş görməyə şübhə ilə yanaşdığını vurğulayıb:

“Buradakı 10 ildən sonra vətənə qayıdıram, yeni qapıların açılamasının vaxtı çatıb. Xərclərə qənaət edilməlidi. Görünür, koronavirus sonda məni əldə etdi (gülür). Amma bu, heç də pis bir şey deyil”.

Qeyd edək ki, Fil Şarples Qəbələ şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu və digər arenalarda ot örtüyünə qulluq edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right