Azərbaycan Premyer Liqası bərpa olunur?

Azərbaycan Premyer Liqasında bu mövsümün bərpasına qərar verilib.

Newsport.az-ın əldə etdiyi xəbərə görə, 2019/2020 mövsümünün mayın sonu, ən geci iyunun əvvəli bərpası nəzərdə tutulub.

Rəsmi qərarın bu gün Klublar Komitəsinin videokonfrans formatında iclasından sonra  açıqlanacağı gözlənilir. Saat 12.00-da başlayan iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edir.

Premyer Liqa təmsilçilərinin isə sabahdan yenidən məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Premyer Liqanın matçları koronavirus səbəbindən təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right