Şimali irlandiyalı futbolçu: "Azarkeşlər "Qarabağ"la oyunu unutmayacaq"

Şimali İrlandiyanın "Linfild" komandasının futbolçusu Mark Stafford karyerası ərzində unuda bilmədiyi 3 matçı açıqlayıb. Newsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçi "Qarabağ"ı evdə məğlub etdikləri (3:2) Avroliqanın pley-off mərhələsinin ilk görüşünü də siyahısına daxil edib:

"Öncə rəqib hesabda önə keçsə də, birinci hissənin bitməsinə 5 dəqiqə qalmış cavab qolunu vura bildim. Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və 3:2 hesabı ilə qalib gəldik".

Müdafiəçi "Qarabağ"la oyunda "Vindsor Park" stadionundakı atmosferin xüsusi olduğunu da dilə gətirib: "Həmin oyun klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Atmosfer çox gözəl idi və azarkeşlər bunu heç vaxt unutmayacaq. Avrokubok görüşləri fərqlidir, hər zaman böyük izdiham yaşanır".

Qeyd edək ki, "Qarabağ" Belfastdakı məğlubiyyətin əvəzini Bakıda 2:1 hesablı qələbə ilə çıxıb və səfərdə daha çox qol vurduğu üçün Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right