"Keşlə"nin qapıçısı millinin rekordçusudur

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir. Newsport.az xəbər verir ki,son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı yığmada 45 oyun keçirib.
 
Həmçinin futbolçu bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da millinin tarixində rekord sayılır. Stanislav Namaşko Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.  
 
Qeyd edək ki, Namaşko 2019-cu ildən "Keşlə"nin şərəfini qoruyur. O, bu mövsüm "qırmızılar"ın Azərbaycan Premyer Liqasında keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right