Abdullah Zubir: “Eyni şeylər haqda danışmaq məni bezdirib”

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir adının Yunanıstanın “Panatinaikos” klubu ilə hallanmasın münasibət bildirib.

 

Newsport.az xəbər verir ki, mərakeşli futbolçu Ağdam klubunda xoşbəxt olduğunu deyib:

 

“Hər dəfə mənimlə hansısa komanda maraqlananda eyni sualı verirlər ki, gedirsən, yoxsa qalırsan? Düzü, artıq eyni şeylər haqda danışmaq məni bezdirib. Şərh belə vermək istəmirəm. “Qarabağ”la müqaviləm var və bu komandada xoşbəxtəm” (azerisport.com).

 

28 yaşlı oyunçu 2018-ci ildə "Lans"dan Ağdam klubuna keçib. O, "Qarabağ"da 35 oyun keçirib, 12 assist edib, 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right