Selmani təsdiq etmədi: “Klubla danışmağıma ehtiyac var”

Azərbaycan çempionu “Qarabağ”ın Türkiyənin “Menemenspor” klubunun futbolçusu Gentian Selmanini transfer etmək istədiyi barədə xəbər vermişdik. Newsport.az xəbər verir ki, Futbolinfo.az-a danışan alban qolkiper bu barədə informasiyaya malik olmadığını, klubun bundan məlumatlı olduğunu açıqlayıb:

“Baş məşqçimiz Cenk Lalecinin müsahibəsini mən də gördüm. Lakin klubla danışmağıma ehtiyac var. Çünki bu məsələ haqqında heç bir informasiyam yoxdur. Həm də hazırki durumda mən “transfer pəncərəsi”nə köklənməmişəm. Bu məsələlər də agentimin və klub rəhbərliyinin nəzarətindədir”.

Selmani “Qarabağ”  və Azərbaycan futbolu barədə məlumatlı olduğunu, lakin hazırda heç bir açıqlama verə bilmədiyini deyib: “Bilirsiz, təbii ki, “Qarabağ” kimi klubda oynamaq mənim üçün yaxşı təcrübə olar. Amma dəqiq heç bir şey yoxdur. Hər şey mənim klubumdan asılıdır. Bizim milli komandanın kapitanı Ansi Aqolli “Qarabağ”da çıxış edib. Onunla dostam. Əgər yeni bir şey öyrənə bilsəm, sizə məlumat verəcəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right