Azərbaycan Premyer Liqasının dəyəri açıqlandı

Postsovet məkanındakı ölkə çempionatlarının dəyəri bəlli olub. Newsport.az “transfermarkt”a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqası da var.

Məlumata görə, 15 ölkənin yer aldığı siyahıda ən dəyərli çempionat 923,1 milyonla Rusiya Premyer Liqasıdır. İkinci sırada 289,5 milyonla Ukrayna çempionatı qərarlaşıb. Azərbaycan Premyer Liqası 6-cı pillədə yer alıb. Ölkə çempionatımızın dəyəri 59,4 milyon avrodur.

Postsovet ölkələrində çempionatların dəyəri:
 
1. Rusiya - 923,1 milyon avro (16 klub)
2. Ukrayna - 289,5 milyon avro (12 klub)
3. Qazaxıstan - 124,6 milyon avro (12 klub)
4. Belarus - 77,9 milyon avro (16 klub)
5. Özbəkistan - 73,75 milyon avro (14 klub)
6. Azərbaycan - 59,4 milyon avro (8 klub)
7. Gürcüstan - 40,15 milyon avro (10 klub)
8. Ermənistan - 37,68 milyon avro (10 klub)
9. Latviya - 28,95 milyon avro (10 klub)
10. Moldova - 27,1 milyon avro (9 klub)
11. Estoniya – 23,43 milyon avro (10 klub)
12. Litva - 18,48 milyon avro (6 klub)
13. Qırğızıstan - 4,69 milyon avro (9 klub)
14. Tacikistan - 4,5 milyon avro (10 klub)
15. Türkmənistan -? (8 klub).




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah