Azərbaycan klubu Çempionlar Liqasından məhrum edilməyəcək

UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsindən məhrum olunacağı iddialarını təkzib edib. Newsport.az xəbər verir ki, bu barədə futbol qurumundan RİA “Novosti”yə açıqlama verilib.

Bildirilib ki, UEFA ölkə çempionlarını Çempionlar Liqasının qrup mərhələsində iştrak etməkdən məhrum etməyəcək.

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar 2020/2021 mövsümündə Çempionlar Liqası və Avroliqada təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right