"Beşiktaş" "Qarabağ"a rəqib oldu

“Qarabağ”ın təklif göndərdiyi “Menemenspor”un qapıçısı Gentian Selmani “Beşiktaş”ın da maraq dairəsindədir. Newsport.az Türkiyə mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.

Məlumata görə, Loris Kariusla yollarını ayıran İstanbul təmsilçisi 22 yaşlı qolkiperi transfer etmək niyyətindədir. “Beşiktaş”la yanaşı, İtaliya və Xorvatiya klublarından da oyunçuya təkliflər olduğu bildirilir. Albaniyalı oyunçunun karyerasını harda davam edəcəyi gələn həftə bəlli olacaq.

Qeyd edək ki, “Menemenspor”un baş məşqçisi Cenk Laleli Selmani üçün “Qarabağ”dan təklif aldıqlarını açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right