Millimizin futbolçusu koronavirus testindən keçəcək

Milli komandamızın üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” mayın 12-də məşqləri bərpa edəcəyini açıqlayıb. Newsport.az xəbər verir ki, klub bazasında keçiriləcək toplantıda oyunçulara dərslər veriləcək.

Məlumata görə, bütün oyunçular məşqdən əvvəl koronavirus testindən keçəcəklər. Məşqçilər heyəti artıq bir dəfə testdən keçiblər, onların nəticələri mənfi olub.

Qeyd edək ki, Ukrayna höküməti mayın 11-də komandaların hazırlanmasına qoyulan qadağanı ləğv edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right