Azərbaycan təmsilçisi Çempionlar Liqasından kənarda qala bilər

UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq Çempionlar Liqası və Avroliqada format dəyişikliyi etməyi planlaşdırır. Newsport.az xəbər verir ki, yarışlara qatılmaq üçün seçmə mərhələnin ləğv edilməsi müzakirə edilir.

UEFA Çempionlar Liqasının 2020/21 startını oktyabrın 20-nə təxirə salıb. Bununla yanaşı, təsnifat oyunlarının nə vaxt keçiriləcəyi bəlli deyil. Hazırda qrum rəhbərliyi seçmə görüşləri iki oyun əvəzinə bir matçdan ibarət keçirməyə düşünür.

Başqa bir variant isə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan 12 yüksək reytinqli milli liqa çempionunun birbaşa qrup mərhələsinə adlamasıdır. Bu halda isə Azərbaycan çempionu sözügedən turnirdən kənarda qala bilər. UEFA-nın geridə qalan komandalara təzminat ödəyəcəyi bildirilir.

Yekun qərarın mayın 27-də UEFA İcraiyyə Komitəsinin video konfransında veriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right