"Qarabağ" büdcəsini iki dəfə artırıb" vitse-prezident

Malta Futbol Assosiasiyasının vitse-prezidenti Aleksandr Feneç "Timesofmalta" nəşrinə müsahibə verib. Newsport.az xəbər verir ki, o, Malta klublarının gəlirlərinin az olduğunu bildirib.

Feneç klubların gəlir yerləri üçün avrokubokların yaxşı vasitə olduğunu vurğulayıb: “Avrokuboklarda mərhələ keçməklə yaxşı gəlir əldə etmək olur. UEFA-dan aldığınız bu pulla futbolun inkişafına yatırım edə bilərsiniz. Buna bir çox misal göstərmək olar. Məsələn, biz “Qarabağ”la oynayanda onların 16 milyio avro büdcələri var idi, indi artıq bu rəqəmi iki dəfə artırıblar”.

Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Bakıda 4:0, səfərdə isə 1:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right