"Sumqayıt"ın futbolçusu Rusiya Premyer Liqasında çıxış edə bilər

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.

 

Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu ilə "Ural" maraqlanır. Premyer Liqa təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə danışıq aparacaq.

 

İsayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. Azərbaycan vətəndaşlığı olan rusiyalı futbolçu 2016-cı ildə "Zenit"lə 3 illik müqavilə imzalamışdı.

 

O, Sankt-Peterburq klubunun əvəzedici heyətində 24 matçda forma geyinib. 2017/18 mövsümünü yetirməsi olduğu “Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 25 qarşılaşmada 2 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right