Milli üzvü Renatla rəqabətə girə bilmədi - göndərilir

“Vulverhempton”nun mövsüm sonunda komandadan göndərəciyi futbolçular bəlli olur. Newsport.az xəbər verir ki, onlardan biri hücumçu Brayt Enobaxaredir.  

Britaniya mətbuatı 23 yaşlı futbolçunun komandanın forvardları – Raul Ximenez, Leonardo Kampana və Renat Dadaşovla rəqabətə girə bilmədiyini yazır. Futbolçunun çıxışı baş məşqçini razı sala bilmədiyi üçün yayda klubdan göndəriləcək.

Nigeriya U-23 millisinin üzvü “Kilmarnok”, “Koventri” və “Viqan” kimi klublara icarəyə verilsə də, gözlənilən çıxışı edə bilməyib.

Qeyd edək ki, mətbuat daha əvvəl Renatın da təcrübə toplaması üçün başqa bir kluba icarəyə verilə biləcəyini yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right