UEFA Azərbaycan klublarına pul ödədi

UEFA Millətlər Liqasının 2018/2019-cu il mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları əsas milli komandaların heyətinə cəlb olunmuş Azərbaycan klubları üçün 1 milyon 137 min 773,20 avro ayırıb.
 
Newsport.az xəbər verir ki, həmin pul vəsaiti AFFA-nın vasitəsilə Premyer Liqa klublarının hesabına köçürülüb:
 
“Qarabağ” – 436 min 696,69 avro
 
“Neftçi” – 210 min 117,58 avro
 
“Səbail” – 172 min 144,67 avro
 
“Sabah” – 88 min 895,90 avro
 
“Qəbələ” – 80 min 514,21 avro
 
“Sumqayıt” – 64 min 651,56 avro
 
"Zirə” – 47 min 870,83 avro
 
“Keşlə” – 36 min 881,76 avro
 
Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right