Ukraynalı qapıçı "Səbail"i tərk edə bilər

"Səbail"in futbolçusu Aleksandr Rıbka yayda komandanı tərk edə bilər. Newsport.az xəbər verir ki, bu barədə ukraynalı qapıçı özü məlumat verib.
 
Otuz üç yaşlı qolkiper bildirib ki, klubdakı gələcəyi ilə bağlı hələ qərar verməyib: "Səbail"lə daha 1 illik müqaviləm var. Komandada qalıb-qalmayacağımı bilmirəm. Zaman hər şeyi göstərəcək".
 
Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından forma geyinir.  (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right