“Təəccüblüdür ki, o, Azərbaycan millisində qol vura bilmədi” Rus mediası

Championat.com saytı 1990-cı illərdə Rusiya çempionanının bombardirləri olmuş futbolçular barədə yazı dərc edib.

Newsport.az xəbər verir ki, yazıda millimizin sabiq hücumçusu Vəli Qasımova da yer verilib.

“Bilinəndə ki, daha ittifaq çempionatı olmayacaq, Vəli Qasımov Aleksandr Tarxanovla birgə “Spartak”a gəldi. Amma o, Moskva klubunda oynaya bilmədi. Ona görə də 1992-ci ilin iyulunda “Dinamo”ya keçdi. Qasımovun komandanın Rusiya çempionatında üçüncü yer tutmasında rolu oldu. Həmin mövsümdə o, 16 qol vuraraq çempionat qrupunun ən yaxşı bombardiri oldu” – deyə yazıda qeyd edilib.

Həmçinin bildirilir ki, sonrakı beş ili futbolçumuz İspaniyada “Betis”, “Albasete” və “Esixa”da keçirib. Sonra isə o, Portuqaliyad “Vitoriya” və “İmortal”da oynayıb: “Qasımov oynadığı bütün klublarda qol vursa da, təəccüblüdür ki, Azərbaycan millisində bir dəfə də fərqlənə bilmədi”.

Daha sonra Qasımovun futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycanın gənclər millisi və “Neftçi”də baş məşqçi işlədiyi xatırladılıb.
 
Qeyd edək ki, V.Qasımov 1994-98-ci illərdə Azərbaycan millisində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right