Dmitri Nazarov karantinə alındı

Azərbaycan yığmasının üzvü Dmitri Nazarov karantinə alınıb. “Newsport.az xəbər verir ki, buna səbəb onun çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Ersgebirge”nin oyunçularının birinin koronavirus testinin müsbət nəticə verməsidir.

Həmin şəxsin adı açıqlanmayıb. Klubun üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov “Ersgebirge”nin formasını 2016-cı ildən geyinir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right