Essyen Azərbaycanda İndoneziyadakından 3 dəfə az qazanır

“Səbail”in futbolçusu Maykl Essyenin İndoneziya və Azərbaycandakı qazancı müqayisə edilib.

 

Newsport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “Persib Bandunq” klubundakı qazancı “Səbail”dəkindən 3 dəfə çoxdur.

 

Qanalı ulduz İndoneziya klubunda 800 min avro qazanırdısa, Azərbaycandakı gəliri 250 min avroya yaxındır.

 

“Persib Bandunq”un baş məşqçisi Umux Muxtar “Çelsi”də çempionlar liqasını qazanmış əfsanəvi futbolçunun ayrılığına təəssüfləndiyini deyib: “Essyen fantastik maaş alırdı və burada dəbdəbəli həyat sürürdü. O, klubdan getdiyi üçün üzülmüşdü.

 

Klub rəhbərliyi Maykl 2018-ci ildə komandada saxlamaq istədi. Ancaq o, razılaşmadı və müqaviləsini pozdu. Sazişi var idi, amma nə etmək olar, bəlkə də gedişi mentalitetə görə idi”.

 

Essyenin “Səbail”lə müqaviləsi mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right