"Qarabağ" rəhbərliyi və futbolçular Ağdamda FOTOLAR

"Qarabağ"ın rəhbərliyi, komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçular Ağdama səfər edib.

“Qarabağ”ın nümayəndə heyətinin rayona səfərinin məqsədi koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə karantin rejimində yaşayan ailələrlə görüşmək olub. Nümayəndə heyəti 1500 ailəyə ərzaq bağlaması çatdırıb.
 
Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, komanda heyəti ilə mütəmadi əlaqə saxlayır: “Futbolçular hamısı öz evindədir. Biz onlarla tez-tez əlaqə saxlayır, görüntülü danışırıq. Bəzən isə görüntülü məşqlər edirik. Çalışırıq ki, futbolçularımızı boş buraxmayaq”. (APA)
 



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right