"Azərbaycan klubu o futbolçuya 100 min verəcək"

Polşa millisinin sabiq yarımmüdafiəçisi Yakub Koseçki maraqlı açıqlama verib.

 

Newsport.az xəbər verir ki, "Adana Dəmirspor"un futbolçusu hansısa kluba keçərkən ilk növbədə maliyyə şərtlərini düşündüyünü söyləyib.

 

2013-cü ildə Polşa millisinə çağırılan Yakub Koseçkinin "Adana Dəmirspor"la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, təklif gələrkən əvvəlcə məhz maaşı soruşduğunu, Türkiyə klubuna da bunun üçün keçdiyini vurğulayıb:

 

"Ayda 40 min zlot verməklə klub prezidenti yüksək keyfiyyətli oyun göstərəcək və avrokuboklarda iştirak edə biləcək keyfiyyətdə futbolçu tapa bilməyəcək. Ancaq həmin futbolçu burda qalmağa məcbur deyil. Bir Azərbaycan klubu futbolçuya 100 min zlot verəcək (təxminən 41 min manat). Belə bir müqaviləni ancaq başqa çıxış yolu olmasaydı, imzalayardım. İnanın mənə, futbolçu həyatı əslində çətindi. İnsanlar bizə çox pul ödəndiyini düşünürlər. Deyirlər ki, futbolçular heç nə etmir, sadəcə saat yarım məşqə çıxır, əla həyat yaşayır və ancaq özlərini tərifləyirlər. Ancaq belə deyil".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right