Qara Qarayev UEFA-nın sosial layihəsində Azərbaycan şairlərinin əsərlərini səsləndirdi

UEFA-nın Uşaq Fondunun koronavirus pandemiyasına görə elan olunmuş karantində azyaşlı futbolçular üçün təşkil etdiyi "Çempion müəllimlər" rubrikasınının növbəti buraxılışı olub.

 

Newsport.az xəbər verir ki, rubrikanın növbəti buraxılışında Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev, Belçika millisinin baş məşqçisi Roberto Martines, "Qızıl top" mükafatının sahibi, almaniyal qadın futbolçu Nadine Kessler və "Astana"nın oyunçusu Abay Yunusov qonaq olub.

 

Qara Qarayev videoçarxda özü və karyerası barədə qısa bilgi verib. 27 yaşlı futbolçu Azərbaycanın tanınmış şairlərindən olan Bəxtiyar Vahabzadənin "Ömür", Mikayıl Müşfiqin "Həyat sevgisi" və Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şeirlərini səsləndirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right