"Azərbaycanda uğursuz idi" sabiq "Xəzər Lənkəran"lı haqda

Kosta Rikanın "Kartagena" klubunun prezidenti Xose Luis Rodriges sabiq hücumçuları Randall Brenesin klub barədə ittihamlarına cavab verib.

Newsport.az xəbər verir ki, prezident onun maaş məsələsində problem yaşamadığını söyləyib: "Brenesin maaşını ödəmək üçün kampaniya yaradıldı. Biz onu Azərbaycan futboluna təhvil verəndə orada uğursuz mövsüm keçirdi. Futbolda istədiyini tapa bilmədi. Kosta Rikaya qayıtdı, nümayəndəsi Don Adolfo Ernandes bizimlə əlaqə saxlayaraq, qaytarmağımız üçün müraciət etdi. Oyunu ilə də klubun liderinə çevrildi".

Qeyd edək ki, Randall Brenes 2012-ci ildə "Kartagena"dan "Xəzər Lənkəran" keçsə də, elə həmin il Kosta Rika klubuna qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right