"Neftçi" ilə qalmaqal yaşayan futbolçu Azərbaycandan təklif alıb

"Levski"nin və Monteneqro millisinin qapıçısı Milan Miyatoviç karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Newsport.az "Tema Sport"a istinadən xəbər verir ki, 32 yaşlı əlcək sahibi Bolqarıstan klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləsini uzatmayacaq.

 

Miyatoviç Azərbaycandan başqa, Qazaxıstan və Kiprdən də təklif alıb.

 

Təcrübəli qapıçının 2016-cı ildə "Neftçi"yə keçmək ehtimalı olub. Paytaxt təmsilçisi Miyatoviçin tibbi müayinədən uğursuz keçdiyini əsas gətirərək, futbolçu ilə müqavilə bağlamamışdı. 

 

Miyatoviçi geri göndərən "Neftçi" əvəzində Krşevan Santinini transfer etmişdi. Xorvatiyalı qapıçının müqaviləsi mövsümün gedişində ləğv edilmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right