Millimizin oyununun yeni vaxtı açıqlandı

21 yaşadək fubolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindən təxirə salınan İsveçrə – Azərbaycan oyununun yeni vaxtı müəyyənləşib.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 26-ı keçirilməli olan görüş koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right