"Donald Gerye dəvət etsə, gedəcəyəm" Maykl Esyen

"Səbail" futbolçusu Maykl Esyen karantin zamanı vaxtını necə keçirdiyindən danışıb. Newsport.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi "Neftçi"nin haitili futbolçusu Donald Gerye ilə "Instagram"da canlı söhbət edib:
 
"Karantin vaxtı gedəcəyim yer yoxdur. Komandamız məşq üçün "Zoom" proqramından istifa edir, hazırlıqdan sonra evdə istirahət edirəm. Bəzən Qana musiqisinə də qulaq asıram".
 
Essyen Geryedən dəvət alacağı təqdirdə Haitini ziyarət edəcəyinə söz verib. "O, məni Haitiyə dəvət etsə, səyahət etməyi sevdiyim üçün gedəcəyəm". 
 
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir. Donald Gerye isə cari mövsümdən "Neftçi"nin formasını geyinir. Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasının mayın 23-də bərpa olunacağı açıqlanıb. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right