"Esyen bütün dövrlərin ən böyükləri arasındadır"

Qana millisinin sabiq futbolçusu Derek Boatenq hazırda "Səbail"in formasını geyinən həmyerlisi Maykl Essyen barədə fikirlərini bölüşüb. Newsport.az xəbər verir ki, o, vaxtilə birgə çıxış etdiyi 37 yaşlı yarımmüdafiəçi haqda xoş sözlər söyləyib:

"Essyeni bütün dövrlərin ən böyük Afrika futbolçuları arasında qiymətləndirərdim. Afrikanın simvolik "11-liy"ini desək, Maykl mütləq orda yer alacaq. O, əla futbolçudur. Qana üçün çox işlər görüb. Çox yaxşı insandır və ona görə sevinirəm. Essyenə böyük hörmətim var, onunla dost olaraq qalırıq".

Qeyd edək ki, 2001-2013-cü Qana millisinin formasını geyinmiş Derek Boatenq 2017-ci ildə karyerasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right