"Qəbələ"nin 15 bombardiri

Qəbələ”nin Azərbaycan Premyer Liqasında vurduğu qollara 106 futbolçu imza atıb. Newsport.az klubun saytına istinadən xəbər verir ki, komandanın ən məhsuldar futbolçusu Viktor Mendidir.
 
O, ölkə çempionatında 29 qol vurub. Seneqallı hücumçunun ən yaxın izləyicisi Dododur. Braziliyalı legioner rəqib qapılarına 23 dəfə yol tapıb. Daha bir futbolçu 20 qol səddinə çatıb. Bu, fransalı Baqali Dabodur.
 
Ümumiyyətlə, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində 15 futbolçu 10 və ya daha çox qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Bunlardan 11-i legioner, 4-ü yerli oyunçudur. Sonuncular arasında rekord Cavid Hüseynova məxsusdur. Hazırda “qırmızı-qaralar”ın heyətində çıxış edən Asif Məmmədov da siyahıda yer alıb. Onun aktivində 10 top var.
 
1. Viktor Mendi - 29
 
2. Dodo - 23
 
3. Baqali Dabo - 20
 
4-5. Filip Ozobiç - 16
 
 Yannik Kamanan - 16
 
6-9. Cavid Hüseynov - 15
 
 Stiven Monroz - 15
 
 Daniel Subotiç - 15
 
 Deon Barton - 15
 
10. Aleksey Qay - 14
 
11-12. Kənan Kərimov - 11
 
 Vitali Balamestnı - 11
 
13-15. Asif Məmmədov - 10
 
 Samir Zərgərov - 10
 
Ceyms Adeniyi - 10




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right