"Sabah" Deviçlə yolları ayırdı

"Sabah" futbolçusu Marko Deviçlə bağlı açıqlama yayıb. Klubun mətbuat xidmətindən newsport.az-a verilən məlumata görə, ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib.
 
O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi vurğulanıb. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olub ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib.
 
Klub Marko Deviçə verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right