"Sabah"ın futbolçusu karyerasını bitirir

"Sabah"ın futbolçusu Marko Deviç karyerasını başa vurmağa qərar verib. Newsport.az xəbər verir ki, bu barədə ukraynalı hücumçu "Futbol" telekanalına müsahibəsində deyib:

"Sabah"la müqaviləm mövsüm sonu başa çatacaq. Çox güman ki, karyeramı bitirəcəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm. Vida matçını Xarkovda keçirmək istərdim. Ola bilsin bu, baş vermədi. Açığı, karyeramı bitiridikdən sonra nə edəcəyimə tam qərar verməmişəm. Bəlkə məşqçi və ya futbol agenti oldum”.

Qeyd edək ki, 36 yaşlı forvard 2018-19-cu ildə “Sabah”a transfer olunub. O, bir il komandadan ayrıldıqdan sonra bu mövsüm yenidən paytaxt klubuna qayıdıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right