Bonilya zirvədə, Qadze bir addımlıqda

Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının 2019/20 mövsümü “Zirə”nin ən məhsuldar futbolçuları siyahısında lider dəyişikliyinə səbəb olmayıb.

Newsport.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, çempionatının yüksək dəstəsində “qartallar”ın ən yaxşı bombardiri olan Nelson Bonilya 14 qolla mövqeyini qoruyur.

İkinci sıradakı Riçard Qadzenin yeri dəyişməz qalsa da, cari mövsümdəki üç qolla Bonilyanın bir addımlığınadək irəliləyib. Qış fasiləsində komandadan ayrılan Xulio Sezar Rodrigez liderdən 2, Riçarddan 1 top geridədir.j





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right