Marko Fossati: "Transfer pəncərəsinin son günü "Qarabağ"a yox dedim"

İtaliya B Seriyasında çıxış edən "Montsa"nın futbolçusu Marko Fossati 2019-cu ilin yayında “Qarabağ”dan təklif aldığını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliyada qalmaq üçün təklifi qəbul etmədiyini deyib:

 

"Verona"da Fabio Qrosso avqustun sonlarında bildirdi ki, heyətdə mənə yer olmayacaq. Transfer pəncərəsinin son günü isə "Qarabağ"dan aldığım təklifə "yox" dedim".

 

"Milan"ın yetirməsi "Latina", "Askoli", "Bari", "Peruca" və "Verona" klublarında çıxış edib. İtaliyanın U-21 millisinin keçmiş üzvü ölkə xaricində oynamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right