"Azərbaycanda futboldan həzz almırdım" sabiq "Bakı"lı

“Bakı” klubunun sabiq hücumçusu Maris Verpakovskis Azərbaycandakı karyerası barədə danışıb. Newsport.az xəbər verir ki, Latviya millisinin keçmiş üzvü ölkəmizdə futboldan həzz almadığını bildirib:

 “Yunanıstanda çıxış edərkən statistikam pis deyildi. Orada bir neçə klubdan təklif aldım. Amma təklif edilən maliyyə şərtləri məni qane etmədi. Həmin vaxt yaşım artıq 30-u keşmişdi. Gələcəyim və ailəm üçün daha sərfəli təkliflər gözləyirdim.  Azərbacandan yunan klubları ilə müqayisədə 4-5 dəfə artıq maaş təklif edildi. O vaxt “Bakı”nın baş məşqçisi Aleksandr Starkov (Latviya millisinin o vaxtkı baş məşqçisi – red.) idi. Düzdür, işimi vicdanla görürdüm. Ancaq etiraf edim ki, futboldan həzz almırdım. Sözləşməm bitdikdən sonra isə Yunanıstana qayıtdım".

Qeyd edək ki, Verpakovskis Azərbaycana getməzdən əvvəl Yunanıstanın “Erqotelis” klubunda çıxış edib. O, 2011-12-ci illərdə “Bakı”nın formasını geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right