"Azərbaycanda bir-iki milyon qazana bilərdim" Niderland millisinin sabiq üzvü

Niderland millisinin sabiq futbolçusu Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Newsport.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü açıqlamasında bildirib:

"Azərbaycanda qısa müddətdə bir-iki milyon avro qazana bilərdim. Ancaq artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq etmək mümkün deyil. Çünki daima qidanlamağa diqqət etməlisən.  Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. 33 yaşında karyeramı başa vurmuşam. Bundan sonra Amsterdamdakı evimdə ancaq yeyib-içmək məclisi təşkil edirdim. İçki, narkotik, qızlar və.s”.

Qeyd edək ki, Endi van der Meyde "İnter", "Everton", PSV və ”Ayaks” kimi klubların formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right