UEFA İcraiyyə Komitəsi toplanır

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Newsport.az xəbər verir ki, toplantıda milli çempionatlar və avrokubok oyunlarının gələcəyi müzakirə olunacaq.

Aprelin 21-də quruma üzv olan 55 assosiasiya ilə videokonfrans keçirilib. İclasda milli komandaların və klub turnirlərini əhatə edən müxtəlif təqvim variantları təklif olunub.

UEFA bir daha ölkələrə çempionatları və kubok yarışlarını tamamlamağı tövsiyə edib. Bununla yanaşı, istisna hallarda liqaların ləğvi ilə bağlı məsələnin də müzakirə olunacağı bildirilib. Yekun qərarın bu gün İcraiyyə Komitəsinin iclasından sonra açıqlayacağını vurğulayıb.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus istisna olmaqla, bütün ölkələrin çempionatları dayandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right