"Dostlarım Bakının harada olduğunu bilmirlər" Esyen

"Dostlarımla Bakı haqda danışanda onlar bu şəhərin harada olduğunu bilmirlər. Ancaq heç kim məni Azərbaycan çempionatına getmək fikrindən daşındırmadı”

Newsport.az xəbər verir ki, bu sözləri "Səbail"in futbolçusu Maykl Esyen deyib. "Matc TV" kanalına danışan qanalı  ulduz futbolçu ölkəmiz barədə müsbət fikirlər səsləndirib:

"Qohumlarım yanıma gəldikləri zaman buradan xoşları gəlir. Bakıda digər şəhərlərlə müqayisədə böyük tıxaclar olmur. Bir il İndoneziyada oynamışam, orada nəqliyyatın vəziyyəti 20 dəfə pis idi. Azərbaycan mətbəxi çox dadlı, lakin yüksək kalorilidir".

Qeyd edək ki, Maykl Esyen ötən ilin martından bəri "Səbail"in formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right