"Virusa görə dörd divar arasında qalmışam" "Zirə"nin legioneri

"Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a Azərbaycandakı karantin günlərindən danışıb. Newsport.az xəbər verir ki, botsvanalı hücumçu darıxmamaq üçün tez-tez dostları və ailə üzvləri ilə danışıdığını bildirib:

"Telfonla ailəmlə görüntülü əlaqə saxlaya bilirəm. Buna görə də sağlamlığımdan narahat olmurlar. Çölə çıxmaq üçün SMS xidmətindən istifadə edirəm. Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil. Vətənimdən uzaqda dörd divar arasında qalmışam. Mən futbolçuyam. Oyunlar olmayanda hər şey ölüm kimi darıxdırıcı olur. Ötən ayın ortalarında ölkədə futbol dayandı. Hazırda 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandırarlar. Xoşagəlməz vəziyyətdir və bunun nə qədər davam edəcəyi bilinmir".

Qeyd edək ki, Mfo Kqasvanenin "Zirə" ilə müqaviləsi cari mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right