"Gələcəkdə Azərbaycan millisinə cəlb olunmağım yalnız özümdən asılıdı"

"Hər birimizə öyrədilib ki, vətəni həmişə sevməlisən və hörmət etməlisən. Əlbəttə ki, vətənim üçün darıxıram, amma xarici ölkədə olduğumu düşünmürəm: Ukrayna demək olar ki, ikinci evim, ikinci vətənimdi. Burda bir çox dost və tanışlarım var. Ümumiyyətlə, özümü Azərbaycanda hiss edirəm". Newsport.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Avanqard" klubunun azərbaycanlı futbolçusu Arzuman Rizvanov söyləyib.

Gənc yarımmüdafiəçi ukraya mətbuatına müsahibəsində qohumların aldığı məlumata əsasən, Azərbaycanda koronavirusla mübarizə məsələsində hər şey plan üzrə getdiyini bəyan edib: "Hazırda heç bir panika əhval-ruhiyyəsi yoxdu. Martın 24-də Azərbaycan hökuməti koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edib. Bu baxımdan əlbəttə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə respublikamıza qayğı göstərdiyinə, ölkəmizin bütün sakinlərinə lazımi kömək göstərdiyinə görə təşəkkür edə bilərik. Yalnız əməl etməyiniz lazım olan müəyyən qaydalar var. Mən də öz növbəmdə bütün azərbaycanlılardan xahiş edirəm ki, ölkəmizə qayğı göstərsinlər. Azərbaycan və onun sakinləri həqiqətən mənim üçün çox əzizdirlər".

21 yaşlı Rizvanov yaşına görə hələ gənclər yığmamızda çıxış edə bilər. Ukraynalı həmkarımız II liqada çıxış edən futbolunun əsas yığmaya cəlb eduilməsinin nə dərəcədə real olmasını soruşublar: "Bizdə belə şeylərə fikir vermirlər. "Gənc" və ya "yetkin"sən, İngiltərə və ya Yunanıstanda "qeydiyyatdan keçmisiniz" - bunların heç bir fərqi yoxdu. Əhəmiyyətli olan hal-hazırda hansı formada olmağındı. Millinin səviyyəsinə cavab verirsənsə, mütləq şans qazanacaqsan. Məsələn, özüm U-15-dən başlayaraq demək olar ki, bütün Azərbaycan yığmalarına dəvət aldım. Eyni zamanda, klub səviyyəsində peşəkar böyüməyim üçün fərqli şərtlərim var idi. U-21 yığmasında taleyim barədə konkret danışsaq, zədə səbəbindən son iki toplanışı buraxdığımı nəzərə almalıyıq. Buna baxmayaraq, bu məsələdə hər şey əvvəlki kimidi - gələcəkdə milli komandaya cəlb olunmağım yalnız özümdən asılıdı. Futbol sahəsində özümü sübut edərəmsə, əminəm ki, gənclər yığmasında yeni dəvəti mütləq alacam".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right