"Karyeramı "Dauqavpils"də bitirmək istəyirəm" azərbaycanlı futbolçu

Latviyanın “Dauqavpils” klubunda forma geyinən azərbaycanlı futbolçu Vüqar Əsgərov yerli mətbuata müsahibə verib. Newsport.az xəbər verir ki, 34 yaşlı oyunçu karyerasını bu ölkədə tamamlamağı düşündüyünü bildirib:

“Düzünü desəm, futbol üçün çox darıxıram. “Dauqavpils”ə hörmətlə yanaşıram. Şəhərdə və komandada məni çox isti qarşıladılar. Məşqçilər, oyunçular, klub rəhbərliyi və ən əsası azarkeşlərlə münasibətim yaxşıdır. İlk başda Valeri Afanasev mən zəng vurub karyeramı bitirməyə tələsməmmi və bir il daha oynamağımı məsləhət gördü. Düşünürəm ki, “Dauqavpils” karyeramdakı son klub olacaq. Düzdür, məsəl var ki,  “heç vaxt heç vaxt” deməyin. Buna baxmayaraq, karyeramı “Dauqavpils”də bitirmək istədiyimi etiraf edirəm”.

- Mövsümün yarısını oynamalı olsan...

- Mövsümün yarısını və üç dövrəni də oynamağa hazıram. Ancaq təbii ki, sağlamlıq ilk növbədə gəlir. Məncə, mövsümə tamaşaçısız oynamaqla və matçları televiziyada yayımlamaqla başlaya bilərik. İnanıram ki, çempionat tez keçsə də, çox maraqlı olacaq. Hazırda yalnız Belarus çempionatını izləyirik. "Belşin"də iki mövsüm əvvəl "Dauqavpils"də çıxış edən Maksim Qrek var. Bu yaxınlarda “Belşin” – “Neman” matçını izlədim (1: 1). Maks bütün görüşü əla oynadı.

- Çempionat üçün darıxırsan?

- Əlbəttə. İnanıram ki, neçə dövrə oynasaq da, bu çempionat çox maraqlı olacaq. Əsas odur ki, hər şey normala dönsün. Yaxşı olacağını düşünmək lazımdır.

- Karyeranı bitirdikdən sonra nə edəcəksən?

-İndiyə qədər bu barədə düşünməmişəm. Gələcək üçün dəqiq nəsə danışmaq olmur. Yalnız bunu deyə bilərəm: hər şey yaxşı olacaq! Hamıya can sağlığı!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right