"Santyaqo Bernabeu" üçün 570 milyon avro

Koronavirus pandemiyasının İspaniyada geniş yayılmasına və yaratdığı maliyyə çətinliyinə baxmayaraq, "Real" "Santyaqo Bernabeu"da yenidənqurma işlərini davam etdirəcək.

Newsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, Madrid klubu bunun üçün paytaxt bələdiyyəsindən rəsmi icazə alıb

Klubun yenidənqurma işlərinə 570 milyon avro ayırdığı bildirilir. Yenidənqurmadan sonra stadionda 360 dərəcə dönən videoekran olacağı və arenaya açılıb-bağlana bilən dam örtüyü quraşdırılacağı da qeyd olunub. Azarkeş tutumu isə 80 min 242 olacaq. Stadionun 2022-ci ilin oktyabr ayında tam hazır olması gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə 2001-ci ildə yenidənqurma aparılan "Santyaqo Bernabeu" hazırda 81 min 44 azarkeş tutumuna malikdir.

"Real" rəsmi Tvitter səhifəsində "Santyaqo Bernabeu"nun yeni proyektinin şəklini paylaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right