"Devid Moyesi ata kimi görürəm" Maqaye Qeye

"Həqiqətən Moyes mənə qarşı çox sərt idi. Amma o vaxt səbəbini bilmirdim. İndi başa düşürəm ki, mənə güvəndiyi üçün belə edirmiş. Bununla mənə etimadını göstərirdi”.

Newsport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Maqaye Qeye Britaniya mətbuatına açıqlamasında deyib.

Fransalı hücumçu İngiltərinin “Everton” klubundakı çıxışı haqda danışarkən o vaxt komandanı çalışdıran Devid Moyes haqda müsbət fikirlər səsləndirib. 30 yaşlı forvard şotlandiyalı mütəxəssisin komandadan ayrılmasına üzüldüyünü bildirib:

“Düşünürəm ki, o, məndə bir istedad görürdü və bu səbəbdən hər zaman arxamda idi. Moyesi ata kimi görürəm, o isə mənə oğlu kimi davranırdı.

Moyes komandadan gedəndə mənim üçün hər şey dəyişdi. Məyus oldum, çünki “Evertona”a onun istəyi ilə gəlmişdim”.

Qeye Moyesi əvəzləyən Roberto Martines barədə də danışıb: “O, yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm. Sadəcə, öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Demirəm ki, bu mənim futbolum deyil, amma Devid Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi, dərhal planlarında olmadığımı söylədi”.

Qeyd edək ki, Maqaye Qeye 2010 – 2014-cü illərdə “Everton”da çıxış edib və 24 oyuna 1 qol vurub. O, ötən ilin iyulundan “Qarabağ”da oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right