"Totti ilə meydanda olmaq yuxu idi" "Zirə"nin legioneri

"Zirə"nin müdafiəçisi Alvaro Ampuero İspaniyanın “Libero” nəşrinə müsahibə verib. Newsport.az xəbər verir ki, 2013-2014-cü illərdə "Parma"da çıxış edən perulu futbolçu "Roma"ya qarşı görüşdə Françesko Totti ilə qarşılaşmasından danışıb:

"Totti ilə meydanda olmaq mənim üçün yuxu idi. Formasını mənə vermədi. Açığı, istəməmişdim. Çünki onunla bir meydanda mübarizə aparmışdım. Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam".

Qeyd edək ki, Alvaro Ampuero hazırda "Zirə"də icarə əsasında çıxış edir və müqavilə ilə "Munisipial" klubuna məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right