Millinin sabiq futbolçusunda koronavirus aşkarlandı

Futbol üzrə İngiltərə yığmasının sabiq üzvü Norman Hanterdə koronavirus aşkarlanıb.
 
Newsport.az xəbər verir ki, bu barədə sözügedən futbolçunun sabiq klubu “Lids”in rəsmi saytı məlumat yayıb.
 
76 yaşlı Hanterin koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün xəstəxana şəraitində müalicəsinə başlanılıb.
 
Norman ötən əsrin 60-70-ci illərində şərəfini qoruduğu “Lids”in heyətində 700-dən çox oyuna çıxıb. O, İngiltərə millisi ilə AÇ-1968-in bürünc medalını qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right