Qara Qarayev qan verib, çağırış etdi

“Qarabağ”ın futbolçusu Qara Qarayev Qan Bankının “Könüllü donor” aksiyasına qoşulub.

Newsport.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi özünün İnstaqram səhifəsində bildirib.

Bakıdakı xəstəxanalardan birində könüllü qan verən millimizin üzvü hər kəsi aksiyaya qoşulmağa çağırıb: “Son zamanlar baş qaldıran COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, hər birimiz evdəyik və tətbiq olunan sosial izolyasiya tədbirlərinə bacardığımız qədər əməl edirik. Amma unutmayaq ki, “Qan Bankı”nda hazırda talassemiya xəstələri üçün qan qıtlığı yaşanır. Ona görə də hər kəsdən qanvermə aksiyasına qoşulmağı xahiş edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right