Azərbaycan klubu panamalı qapıçıya təklif göndərib

Türkiyə I Liqa təmsilçisi “Boluspor”da çıxış edən Orlando Moskera Azərbaycan klubundan təklif alıb. Newsport.az xəbər verir ki, bu barədə “Ajanspor” məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı qapıçı bir neçə klubun maraq dairəsindir. Məsələ ilə bağlı açıqlama verən oyunçunun agenti Tekin Birinci Moskeraya Azərbaycanda da təklif olduğunu açıqlayıb:

“Bizə bəzi komandalardan müraciətlər gəlir. Futbolçunun “Boluspor”la bir illk müqaviləsi var. Orlando üçün Azərbaycanın böyük klublarının birindən təklif almışdıq. Ancaq onlara indiki vəziyyətdə futboldan danışa bilməyəcəyimizi söylədim”.

Qeyd edək ki, Panamalı qolkiper Bolu təmsilçisinə yanvarda gəlib. O, 10 oyunda qapısında 11 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right